image-4backend

Sürətli bərpa və quruculuq işləri Azərbaycanın gücünün göstəricisidir

image-reklam_sirab_01

İyirminci əsrin son onilliyində erməni vandallarının torpaqlarımızda törətdikləri vəhşilikləri Azərbaycan xalqı heç bir zaman unutmayacaq.
2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində azad edilən torpaqlarımız da şahid olub düşmənin işğalçılıq əməliyyatlarına. Ermənilər nələr etməyiblər ki? Bina və məscidlərimiz dağıdılmış, müqəddəs abidələrimiz təhqir edilmişdir. Su elektrik stansiyalarını dağıdılmışdır. Bu vəhşiliklərin sırası o qədər genişdir ki, sadalamaqla bitmir.
Heç bir tarixi keçmişi olmayan, lakin böyük xülyalarla işğalçılıq əməliyyatları edən, əlbəttə ki, öz himayədarlarının köməkliyi ilə, insanları öldürən, talançılıq edən və bundan sonra başqasının torpaqlarını da darmadağın edərək özünə “tarixi keçmiş”, “abidələr” yaratmağa çalışan məkrli düşmənin istəyi baş tutmadı.
44 günlük Vətən müharibəsində qazanılan qələbə ilə həm əzəli torpaqlarımız həm də tarixi abidələrimiz düşmən əsarətindən xilas oldu.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfərləri və orada səsləndirdiyi fikirlər dünya ictimaiyyətinə siyasi mesajdır. Ölkə başçısının oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşü, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyması mühüm əhəmiyyət kəsb edən hadisələrdəndir.
Artıq Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrast¬rukturu yaradılır, yüksək gərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur. Bu genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər. Əlbəttə, Qaraba¬ğın bərpası təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadiyyatının mühüm tikintisi olacaq, regional əməkdaşlığın daha da güclənməsinə təkan verəcək. Ən əsası, böyük bərpa prosesinin vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə daxil edilməsində mühüm körpü olacağı heç kimdə şübhə doğurmur.
Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı cənab Prezident mühüm məqamlara toxunmuşdur: “Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işləri gedir. Artıq bir neçə stansiya işə başlayıb, o cümlədən Tərtər rayonunda Suqovuşan Su Elektrik stansiyaları. Cəbrayıl rayonunun elektrik təchizatı artıq var”.
İşğaldan azad edilmiş digər rayonlarda olduğu kimi Cəbrayıl rayonunda da yol infrastrukturu bərpa edilir.Yeni yollar çəkilir, tikiləcək yaşayış yerlərinin təməli qoyulur. Prezident İlham Əliyev ictimaiyyəti rayonda aparılan bərpa-qurucuq işləri ilə bağlı məlumatlandırmışdır: “Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb.Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Artıq birinci yaşayış binasının təməli qoyuldu. Bu bina hazır olan kimi Cəbrayıl şəhərinin birinci sakinləri orada yerləşəcək. O vaxta qədər həm də xəstəxana olacaq, məktəb olacaq, iş yerləri olacaq. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi.”
Bir sözlə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bərpa-quruculuq işləri həyata keçirən ölkəmiz üçün yeni imkanlar üfüqi açmışdır. Xalqımız qardaş və dost ölkələrlə birlikdə bu mühüm missiyanı uğurla başa çatdıracaq.

Aysel Mənsimova – YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki