image-74b64277-4a81-3c03-8ddd-49df102c0897_850backend

“Sürix”in aparıcı futbolçusu “Qarabağ”la oyunu buraxa bilər

image-reklam_sirab_01

İsveçrə “Sürix”inin aparıcı futbolçusu Blerim Cemayli evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununu buraxa bilər.

36 yaşlı yarımmüdafiəçinin sabahkı qarşılaşmada meydana çıxıb-çıxmayacağı bəlli deyil. Təcrübəli oyunçu zədədən əziyyət çəkir.

Qeyd edək ki, iyulun 27-də oynanılacaq “Sürix” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə “köhlən atlar” 3:2 hesablı qələbə qazanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki