image-ohaniyanbackend

 Şuşa fərarisi: Azərbaycan və Türkiyədən danışdı

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Ermənistan parlamentində  “Ermənistan” fraksiyasının rəhbəri  Şuşa fərarisi Seyran Ohanyan  jurnalistlərə bildirib ki, Ermənistan və Artsax (Hazırda Xankəndindəki separatçıları nəzərdə tutur) bu gün kifayət qədər mürəkkəb hərbi-siyasi vəziyyətdədir.

Şuşa fərarisinin sözlərinə görə,Ermənistan ətrafında gedən proseslər ona gətirib çıxarır ki, təəssüflə qeyd etməliyik ki, məğlub olan hökumət şəraitində uğursuzluqlar silsiləsi davam edir: “Bu uğursuzluqlar müharibədən əvvəl də olub, müharibə dövründə də olub. Müharibədən sonra sərhədlərimizdə ifadə olunub.İndi normal sülh üçün heç bir şərait olmadan Ermənistan hakimiyyəti sülh erasına sürüklənir, Azərbaycanla və Türkiyə ilə münasibətlərin qurulmasına çalışılır.Biz belə çətin vəziyyətdəyik”. Seyran Ohanyanın fikrincə bu gün rəqib (Azərbaycanla- Türkiyəni nəzərdə tutur) özünü Ermənistanla sülh şəraitində yaşamağa çalışan qqonşu  kimi təqdim etmir: “Əksinə, onların ritorikası, hərəkətləri, təxribatları Ermənistan Respublikasına və Ermənistan Respublikasının hakimiyyət orqanlarına təzyiqləri davam etdirdiklərini görürük”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki