image-181079_874vl1eflwbackend

ŞUŞA-Mədəniyyət paytaxtı

image-reklam_sirab_01

Qarabağ! Azərbaycanın dilbər guşəsi, musiqi beşiyi, Üzeyir vətəni, istedadlar diyarı…Əgər Azərbaycan bütöv bir candırsa, bu canın ürəyi Qarabağdır. Səfalı yaylaqları, göz oxşayan meşələri, füsunkar Cıdır düzü, buz tək soyuq Şuşa bulağı olan, dilimizin əzbəri, musiqi dünyamızın əlifbası olan Qarabağ Azərbaycanı bütün dünyaya tanıtdırıb.
Artıq neçə illər idi ki, Qarabağın adı gələndə təəssüf hissi keçirirdik. Amma bu gün Qarabağımız Prezident İlham Əliyev və igid əsgərlərimiz sayəsində düşmən əlindən qurtuldu.
Qarabağ-gözəlliklər diyarıdır. Şuşa, Ağdam, Laçın…Buralar bol məhsullu, dadlı meyvələri olan zəngin torpaqdır. Qarabağ çiçəklənən ölkə kimi dünyaya çoxlu məşhur ad bəxş etmişdir. Şuşa şəhəri bir çox məşhur bəstəkarların-Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin və həmçinin, şairə Natavanın vətənidir. Azərbaycanın dilbər guşəsi, milli iftixarımız Xan Şuşinskinin, Natavanın yurdu, milli təsdiqimiz muğamın beşiyi, hər birimizin cismən və ruhən bağlı olduğumuz məkandır. Neçə illərdir ki, Qarabağ bizə, biz onun başı qarlı, dumanlı dağlarına, yamyaşıl meşələrinə həsrətlə baxırdıq. Şuşa qalasını, İsa bulağını, Cıdır düzünü, Xarı bülbülü nisgillə yad edirdik. Bu gözəl mədəniyyət ocaqları Ermənistan işğalçıları tərəfindən 1992-ci il mayın 8-də işğal edilmiş və burada olan tarixi-mədəni irsini məhv edilmişdir. İndi isə ordumuzun qətiyyətli mübarizəsi nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. 2020-ci ilin noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin azad edilməsi müjdəsini verib və bu münasibətlə Azərbaycan xalqını təbrik etmişdi. İkinci Qarabağ savaşında işğaldan azad edilmiş Şuşa şəhərində bütün tarixi abidələrimiz erməni vandalları tərəfindən dağıdılmışdı, amma bu abidələr yenidən bərpa edilir.
Cənab İlham Əliyevin dediyi bu unudulmaz kəlamlar xalqın yaddaşında qalacaqdır.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin mühüm mərkəzlərindən olan Şuşanın qorunması onun diqqət mərkəzində olmuşdur. Cənab Ali Baş Komandan İlham Əliyevin Heydər Əliyevin yolunu davam etdirərək, bu gözəl diyarı elan etdiyi Sərəncəmı ilə Vətənimizin mədəniyyət paytaxtı elan etdi. Azad edildikdən dərhal sonra şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirə salınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır.
Cənab İlham Əliyev Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edəndə demişdi:
Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!
Bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır.
Mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar şəhəri necə görmək istədiklərinə özləri qərar verməlidir.
Dağıdılmış şəhərlər tezliklə elə planlı şəkildə bərpa ediləcək ki, oraya qayıdacaq insanların rahatlığı təmin olunsun, müasir, güclü Azərbaycanın gücü bütün dünyaya nümayiş etdirilsin.

Azərbaycan Dillər Universitetinin
1-ci kurs tələbəsi: Məmmədova Rahilə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki