image-8f32efcb-a28d-3735-a107-165bc044a93f_850backend

Şuşada müəyyən edilmiş yerlərdən kənarda çadırların qurulmasına və tonqalların yandırılmasına icazə verilməyəcək

image-reklam_sirab_01

Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasında müəyyən edilmiş yerlərdən kənarda çadırların qurulmasına və tonqalların yandırılmasına icazə verilməyəcək.

Bu, Nazirlər Kabinetinin “Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi”nin təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.

Qərara əsasən, mühafizə zonasında İdarə tərəfindən müəyyən edilmiş yerlərdən kənarda nəqliyyat vasitələrinin hərəkətinə, dayanacaqların təşkilinə, çadırların qurulmasına və tonqalların yandırılmasına yol verilmir.

Sənəddə həmçinin qeyd edilib ki, mühafizə zonasında həyata keçirilən işlər Qoruğun ümumi ərazisinə, Şuşa şəhərinin inzibati sərhədlərinə və Şuşa şəhərinin Baş planında müəyyən edilmiş ərazi zonalaşdırılmasına, müfəssəl həllərə və ümumi memarlıq kompozisiyasına uyğun olmalı və Qoruğun mövcud həcm-məkan ölçülərini pozmamalıdır


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki