“Şuşa şəhərinin Türk Dünyasının Paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər planı hazırlanır”.
Veteninfo.az-ın Bursaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bildirib.
“Bu, bizim üçün çox vacib məqamdır. Hər kəsi bu əlamətdar gün münasibətilə təbrik edirəm! Şuşa 2023-cü il Türk Dünyasının Paytaxtı seçilib. Ermənilər bu şəhərdə işğal dövründə tarixin izini silmək istəyirdilər, lakin bunu bacarmadılar”, – nazir bildirib.
“Konsertlər, sərgilər keçirməklə şəhərin gözəlliyini bütün dünyaya nümayiş etdirmək istəyirik. Ədəbiyyat festivalı keçirmək istəyirik. Ümumiyyətlə, planlarımız çoxdur. Məqsəd Azərbaycanın ürəyi olan Şuşa şəhərini nümayiş etdirməkdir”, – A.Kərimov deyib.
Xatırladaq ki, Şuşa şəhəri 2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunub. Bununla bağlı TÜRKSOY Daimi Şurasının Bursa şəhərində keçirilən növbədənkənar iclasında qərar qəbul edilib.


























