image-4fa90a9a-98f9-3eaf-a88c-dc1356c0b0d4_850backend

Tacikistanla münaqişədə həlak olan Qırğızıstan vətəndaşlarının sayı artıb

image-reklam_sirab_01

Tacikistanla silahlı münaqişədə Qırğızıstanın 59 vətəndaşı öldürülüb.

Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Batken vilayətindən alınan operativ məlumatlara əsasən daha 13 nəfərin meyiti yerli səhiyyə müəssisələrinə gətirilib.

Bununla da münaqişə zamanı ölənlərin ümumi sayı 59 nəfərə çatıb.

Bundan əvvəl sərhəddə baş verən münaqişə nəticəsində Qırğızıstanın 46 vətəndaşının öldüyü bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki