image-f669b8d6-871d-3185-a847-9c36d79c6455_850backend

Tacikistanla qarşıdurmada Qırğızıstanın 87 sakini xəsarət alıb

image-reklam_sirab_01

Tacikistanla sərhəddə toqquşmalar zamanı yaralanan Qırğızıstan sakinlərinin sayı 87 nəfərə çatıb.

bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Ümumilikdə silahlı toqquşmalar nəticəsində 87 zərərçəkmiş səhiyyə müəssisələrinə yerləşdirilib, onlardan 5-i ambulator müalicəyə göndərilib”, – məlumatda deyilir.

Ölənlərin sayı ilə bağlı hələlik məlumat verilmir.

Nazirliyin məlumatına görə, zərərçəkənlərin daha çox bədənlərinin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları var. Onlar Tacikistanla həmsərhəd olan Batken vilayəti və Bişkekdəki xəstəxanalara yerləşdirilib.

Bundan əvvəl Qırğızıstan hakimiyyəti 59 sakinin xəsarət alması barədə məlumat verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki