image-10backend

Tahir Budaqov: “Azərbaycan regionda kommunikasiyaların bərpası ilə bağlı qətiyyətli mövqe sərgiləyib”

image-reklam_sirab_01

“Azərbaycan bu gün regionda etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Bu da müasir çağırışlara, həmçinin yeni reallıqlara uyğun daxili və xarici siyasətin həyata keçirilməsi ilə bağlıdır”.

Vətəninfo.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov hakim partiyanın təşkilatçılığı keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda çıxışı zamanı deyib.

O qeyd edib, dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət davamlı nailiyyətlərin qazanılmasını şərtləndirir: “Onun apardığı səmərəli siyasət, ordu quruculuğu siyasəti milli gücü artırır. Görülən işlər ərazi bütövlüyü üçün böyük üstünlük qazandırıb. Artıq torpaqlarımız azad, Vətənimiz bütövdür. Erməni faşizminin başı əzilib, düşmən layiqli cavabını alıb. Dayanıqlı sülh çoxtərəfli əməkdaşlıq üçün zəmin yaradıb. Azərbaycanın geosiyasi iradəsi nəticəsində Zəngəzur dəhlizi Cənubi Qafqazın yeni simada dünyaya açılmasını təmin edəcək”.

T.Budaqov əlavə edib ki, Azərbaycan regionda kommunikasiyaların bərpası ilə bağlı qətiyyətli mövqe sərgiləyib: “Bu dəhliz şübhəsiz açılacaq. Yeni reallıqlardan biri azad edilən ərazilərdə nəhəng bərpa işlərinin aparılması və böyük qayıdışla əlaqəlidir. İlham Əliyev həmin ərazilərdə ardıcıl və sistemli bərpa işləri üçün böyük layihələr həyata keçirir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki