image-a35869be-df10-393d-b142-1410e115160d_850backend

“Taliban” ABŞ-ın Əfqanıstanda qoyduğu texnikanın bir hissəsini ələ keçirib

image-reklam_sirab_01

Amerikalılar Əfqanıstanda 7,12 milyard dollar məbləğində hərbi texnika qoyub, onların əksəriyyəti “Taliban” tərəfindən ələ keçirilib.

Bu barədə ABŞ-ın Baş Müfəttişliyi Ofisi bildirib.

“Müdafiə Nazirliyinin hesablamalarına görə, Əfqanıstan hökumətinin saxladığı 7,12 milyard dollar dəyərində ABŞ tərəfindən maliyyələşdirilən avadanlıqlar geridə qalıb, əksəriyyəti sonradan “Taliban”ın nəzarətinə keçib”, – hesabatda deyilir.

Hesabatda qeyd olunur ki, geridə qalan texnikaya hərbi təyyarələr, nəqliyyat vasitələri və silahlar daxildir.

“Newsweek” nəşri daha əvvəl yazıb ki, 2020-ci il hesabatına görə, ABŞ Əfqanıstan hökumətini dəstəkləmək üçün azı 134 milyard dollar ayırıb, lakin Əfqanıstanın Yenidənqurulması üzrə Xüsusi Baş Müfəttiş İdarəsi müəyyən edib ki, təqribən 63 milyard dollarlıq yardımdan 19 milyard dolları korrupsiya və sui-istifadəyə görə mənimsənilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki