image-1backend

Tanınmış jurnalistin yeni kitabı işıq üzü gördü -FOTO

image-reklam_sirab_01

Şair-publisit, jurnalist  Ötərxan Eltacın “SƏBRİN İNTİQAMI” adlı yeni kitabı işıq üzü görüb. Birinci Vətən müharibəsində və İkinci Vətən müharibəsində qorxmazlığı və cəsarəti ilə qəhrəmanlıq dastanı yazan, şərəfli hərb tariximizə öz adını qanı ilə həkk edən müzəffər ordumuzun yenilməz əsgəri – qazi Elsevər Hüseynovun amansız döyüşləri öz əksini tapıb. Vətən sevgisi və qisas hissi ilə alovlanan Elsevər döyüş meydanında saysız-hesabsız ağır texnikaların yararlı və yarasız halda ələ keçirilməsində, iri çaplı silahların qənimət olaraq ələ keçirilməsində, sursat maşınlarının, eləcə də sursat anbarlarının sıradan çıxarılmasında əvəzsiz xidmətlər göstərib. Bütün bunlar nəzərə alınaraq Elsevərin döyüş yoluna işıq tutuldu. Çünki o, ibrət və örnək oğullardan biridir.
Müvəffəqiyyət, uğur, qələbə, nailiyyət və zəfər yenilməz oğulların gücündən, qüdrətindən doğar. Qüdrətli oğulların yalnız yumruğu deyil, kəlməsi də diktə edər. Qeyrəti qalxan, ədaləti gürz, hökmü ox olan qəhrəmanın yurduna yağı göz dikə bilməz. Dəmir yumruqdan zireh geyən diziqatlanmaz, qolubükülməz azman oğulların qüdrəti İkinci Vətən müharibəsində – cəmi 44 gün ərzində kimliyini bir daha isbatladı. Beləcə, adı dilləri dolaşan qeyrət mücəssiməsi Elsevərin el sevgisi bayatılaşdı, dastanlaşdı, yaddaşlarda heykəlləşdi.
İnanırıq ki, əlinizdə tutduğunuz bu kitab Elsevər kimi dastan yazan oğulların yoluna işıq tutan bir çıraq olacaq. Çırağınız sönməsin heç vaxt.

image-2

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki