image-1618223982_16182229233790419427_1000x669backend

Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması davam edir.

image-reklam_sirab_01

Böyük qələbəmizin ardınca, abadlıq, quruculuq işləri və tədbirlər, sürətlə davam etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin baş rolu ilə keçirilən tədbirlər, konfranslar, Erməni qüvvələrinin xain planlarını, həmçinin, 30 il ərzində işğal altında qalmış tarixi torpaqlarımızın başına gətirilən müsibətlər, ekoloji terror, əhalinin zorla bu ərazilərdən çıxarılması və tarix boyu özünü təkrarlayan soyqırımlar barədə, bütün dünya mediasına həqiqətləri çatdırmağa davam edir. Bununla yanaşı, Böyük vətən müharibəsi zamanı da, dinc əhaliyə atılan roketlər, uşaqların, qadınların qətlə yetirilməsi, günahsız insanlara qarşı terror hadisəsi törətmək, ermənilərin döyüş meydanında öz sözlərini deyə bilmədikləri üçün etdikləri vəhşiliklərdən sadəcə bir neçəsidir. Bütün bunlar barədə keçirilmiş tədbirlərdən, konfranslardan biri də aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyi ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdır.
Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi bu konfransın açılışı, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev tərəfindən reallaşdırılıb. O, öz sözlərində, Cənab prezident İlham Əliyevin bu konfransda iştirak etdiyi və öz fikirlərini bölüşəcəyi üçün böyük şərəf duyduğunu bildirib. Bununla yanaşı o qeyd edib ki, ADA Universiteti Prezident İlham Əliyev tərəfindən təsis edilib. Həmçinin, Prezidentin təhsil sahəsində keçirdiyi islahatlar və göstərdiyi diqqətin də danılmaz olduğunu vurğulayıb.
Böyük zəfər münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirən Hafiz Paşayev, daha sonra sözü Prezidentə verib.
Cənab Prezident, öz çıxışı zamanı Erməni vəhşiliklərinin və qədim yurdundan didərgin düşmüş xalqın başına gətirilən acı hadisələri heç bir zaman unutmayacağımızı vurğulayıb. Qondarma erməni mifləri, tarixi Azərbaycan torpaqlarına sahiblik edə bilmək üçün uydurulmuş yalanlar, öz missiyasını yerinə yetirə bilmədi və tarixi torpaqlarımız əsl sahibinə geri qaytarıldı.
Konfransda 10 nəfərdən çox iştirakçı mövcud idi və hər biri söz almaq arzusunda olduğunu bildirmişdi. İlk olaraq söz, ATƏT-in Minsk qrupunun sabiq həmsədri, beynəlxalq ekspert Metyu Brayzəyə verildi. ABŞ-ın Prinston Universitetinin dosenti Maykl Reynoldz, İtaliya Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun kiçik elmi işçisi Karlo Frappi, Beynəlxalq Böhran Qrupunun Türkiyə nümayəndəliyindən Nigar Göksel, Rusiyanın Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun böyük elmi işçisi Stanislav Pritçin, İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornel, və s, şəxslərin iştirak etdiyi konfransda, Cənab İlham Əliyevə Qarabağ məsələsi ilə bağlı müxtəlif suallar verildi və ətraflı bir şəkildə bu suallar cavablandırıldı.
Müharibənin gedişatına da nəzər yetirdikdə, Ermənistanın məğlubiyyətinin qaçınılmaz olduğunu görmək mümkün idi. Gəncə hadisələri də bunu göstərirdi ki, döyüş meydanında öz gücünü göstərə bilməyən düşmənlərimiz, günahsız əhalinin üzərində öz gücünü sübut etməyə çalışırdı. Həmçinin tarixi torpaqlarımıza ekoloji cəhətdən də zərər verən erməni qüvvələri, təbiəti kirlətmiş, binaları evləri dağıtmışdır. Dini və tarixi abidələrimizə, məscidlərə ciddi zərər verilib. Məscidlərdə heyvan saxlanılıb və bu bütün İslam dünyasına təhqir hesab olunmalıdır. Tarixi Azərbaycana məxsus binalar, abidələr dağıdılıb və yalançı Erməni abidələri qurulub. Buda onu göstərir ki, Erməni qüvvələri, tariximizi saxtalaşdırmaq və özlərini haqlı çıxarmağa çalışıblar. Dünya mediasına özünü məsum və günahsız göstərməyə çalışan düşmənlərimiz, törətdikləri vəhşiliklər, cinayətlər və soyqırımlar ilə, heç də məsum olmadıqlarının çox gözəl fərqində idilər.
İndi isə, hadisələrin gedişatına nəzər yetirdikdə, Ermənistanın məğlubiyyətin ardınca dərin bir çöküş yaşadığını görürük. Azərbaycan Respublikası isə, abadlıq, quruculuq işlərinə sürətli bir şəkildə davam edir. Qısa müddət ərzində işğaldan azad edilmiş torpaqlarımız öz sakinlərinə qovuşacaq. Güclü Azərbaycan Ordusu bir daha bütün dünyaya, həqiqətin nə olduğunu sübut etdi. Qarabağ Azərbaycandır və bu reallıq heç vaxt dəyişməyəcək!

Azərbaycan Dillər Universitetinin tələbəsi-Əlixanlı Fatimə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki