image-15backend

Tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü

image-reklam_sirab_01

Azərbaycan yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qaldı. AXC-Müsavat birliyinin səriştəsiz fəaliyyəti, hakimiyətdəki yöndəmsiz hərəkətlər bu təhlükəni alovlandırırdı. Belə bir siyasi vəziyyətdə xalq xilaskar axtarışında idi. Müharibədə ard-arda məğlubiyyətlər və torpaqların itirilməsi, qırğınlar, hakimiyətin doğru addımlar atmaması, daha doğrusu, hakimiyətin fəaliyyətsizliyi xalqın səbr kasasını daşıdırdı. Məhz xalqın çağırışı ilə Ümumi Lider Heydər Əliyev 1993-cü il 9 iyun tarixində Naxçıvandan Bakıya gəldi. Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin  iyun ayında Milli Məclis 15 iyun gününü bayram elan etmişdir. Bütün bunlar göstərir ki, Heydər Əliyev həm də müasir Azərbaycanın memarıdır. Onun hakimiyyətə gəlişi ilə kəskin addımlar atıldı, müharibə dayandırıldı. Ordu quruculuğuna başlandı. AXC-Müsavat birliyinin viran duyduğu hakimiyəti özünə gətirməyə başladı.

Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi. Məhz Ulu Öndər xalqı naminə nəfəs alan bir dövlət başçısı idi.

Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, separatizm təhlükəsindən xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yaradıldı. Bütün bunlar göstərir ki, Ulu Öndər hakimiyyətə gəlməsə idi, bəlkə də, hazırkı Azərbaycan mövcud olmazdı. Bu gün də Ulu Öndərin ənənələri müqəddəs tutulur. İkinci§Qarabağ müharibəsi məhz onun əsas vəsiyyət qayəsi idi. Prezident İlham Əliyev bütün addımlarda onun qoyduğu siyasətə söykənir.

 

Aypara Babayeva/ Sahibkar


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki