image-photo-2021-11-18-08-38-34backend

Tarixin yeni səhifəsi – çiçəklənən Ağdam

image-reklam_sirab_01

28 il əvvəl xoşbəxt-firavan yaşayan Ağdam sakinlərinin həyatı bir gündə məhv oldu. 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamaqla şəhərin əksər hissəsini məhv etmiş və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olunmuşdu. 23 iyul 1993-cü il tarixdə isə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunudu. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayon idi. Yüzlərlə ailənin həyatı dəyişdi. Kimiləri valideynlərini, kimiləri yaxın qohumlarını itirdi. Son dəfə evlərinin qapısını kilidlədilər, hansı ki, bir daha aça biləcəklərinə bəlkə də ümidləri yox idi. Uşaqların yarım qalan gələcəkləri, sığınacaqlarda, vaqonlarda keçən uzun illər…Lakin bütün bunlara baxmayaraq, onlar həyatlarına davam etdilər, uşaqlar təhsil aldı, əksəriyyəti peşəyə yiyələndi, yüksək ixtisaslı kadr kimi yetişdirlər. Hər birinin ən böyük arzusu torpaqlarını yenidən görmək, düşmən tapdağından azad etmək oldu. Bu sınaq uzun çəksə də, bütün dünyaya səs salan bir qələbə ilə nəticələndi.
10Noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın nəticəsi olaraq Ağdam rayonu işğaldan azad olundu. Üçtərəfli bəyanat Azərbaycan xalqımın qələbəsi, əzminin, səbrinin nəticəsi idi.
Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri var və işğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır. Düşmən revanşist siyasəti ilə işğal dövründə sadəcə vandalizm nümayiş etdirmiş, Ağdamda daşı daş üstündə qoymamışdır. Burada evləri dağıtmaqla yanaşı onun daşlarını da söküb aparmışlar. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edilmiş, Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, , Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar da darmadağın edilmişdir. XIX əsrdə, dünyanın sürətləinkişaf etdiyi bir dövrdə bu barbarlıq isə gülünc bir o qədər də acı gerçəkdir. Görünən odur ki, xalqın düşüncəsi bu neçə ildə dəyişmək əvəzinə, daha da geriləmiş, məkrli planlarla dolmuşdur.
İşğaldan azad olunmuş bu tarixi torpaqlara əzəli sakinlərinin qayıtması ilə, Ağdam üçün yeni dövr – çiçəklənmə dövrü başlamışdır. Əsas istiqamət bu şəhəri Azərbaycanın əhalisinə görə 4-cü böyük şəhəri etməkdir. Talan edilmiş bu torpaqlarda yeni evlər, məktəblər, mədəniyyət mərkəzləri, məscidlər tikiləcək, bura həyat yenidən qayıdacaq. İlk növbədə ərazidə mina təmizləmə işləri aparılmış daha sonra isə erməni vandallığının dəlili olaraq şəhərin video və foto görüntüləri hazırlanmışdır. Bununla da gələcəkdə Ermənistanın yalan iddialarının qarşısı alınacaq. Hər bir Ağdamlı səbrsizliklə öz torpaqlarına qayıtmağı gözləyir, indidən öz evləri dağılmış, sökülmüş olsa da ziyarət edir, keçmişlə təəsüflənir, indi ilə fəxr edirlər.
Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu “Ağdamın azad olunmasına görə” medalı ilə təsdiq edilib. Bu medalla Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilibər. Şəhidlərin qanı yerdə qalmadı, Ağdam uğrunda canından keçənlərin ruhu indi şaddır !

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Ayşən İsmayılova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki