image-18backend

Tatarıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

image-reklam_sirab_01

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti, “Rusiya-İslam dünyası” Strateji Baxış Qrupunun sədri Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Vətəninfo.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu,

Altmış illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Ali dövləti vəzifədə çoxillik fəaliyyətiniz, əldə etdiyiniz genişmiqyaslı iqtisadi nəticələr və strateji siyasi nailiyyətlər Sizə həm doğma ölkənizdə, həm də beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Bu gün müşahidə olunan ümumi qeyri-sabitlik fonunda Azərbaycanın müəyyən etdiyiniz uzunmüddətli hərtərəfli inkişaf xətti ilə inamla irəliləməsi və sabitlik nümayiş etdirməsi şəksiz olaraq Sizin xidmətinizin və qurucu fəaliyyətinizin sanballı nəticəsidir.

Qoy doğma ölkənizə səmimi sevginiz və dərin sədaqətiniz bundan sonra da Sizin fəaliyyətinizin hərəkətverici qüvvəsi və Azərbaycan Respublikasının rifahı naminə nəzərdə tutduğunuz bütün planlarınızın həyata keçirilməsinin rəhni olsun! Sizə səmimi qəlbdən hər bir işinizdə uğurlar, möhkəm cansağlığı, uzun ömür və tükənməz enerji arzu edirəm.

Ümidvaram ki, Rusiya-Azərbaycan strateji tərəfdaşlığının mənafeyi və ümumi sülh naminə qardaş xalqlarımız arasında ticari-iqtisadi və humanitar əlaqələr daim genişlənəcək.

Sizə və yaxınlarınıza dərin hörmət hissi ilə xoşbəxtlik diləyirəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki