image-tatul-hakobyanbackend

Tatul Akopyan: “İndi bütün diqtəni rəsmi qaydada Azərbaycan edir”.

image-reklam_sirab_01

 Azərbaycanın 44 günlük müharibədən sonra “Laçın dəhliz”i olacağı təqdirdə, “Zəngəzur dəhliz”i də olmalıdır  prinsipi, rəsmi Bakının “Zəngəzur” yoxsa “LAçın”da yox israrı Ermənistanda ciddi siyasi müzakirələrin keçirilməsinə səbəb olub.  Azərbaycanın  israrlı tələbləri qarşısnda Ermənistanın baş nazirinin Azərbaycanın Naxçıvanla əlqaələrinin qurulması üşün ölkə ərazisindən üç istiqamətdə yollar təklif etməsi isə erməni ictimayətində ciddi səsküy yaradıb. Rəsmi Bakı isə yalnız məsələnin “Zəngəzur dəhliz”i ilə bitməsi üçün bütün gücü ilə çalışmaqdadır.

Elə erməniləri qorxudan və davamlı müzakirələr təşkil etmələri də rəsmi Bakının nə qdər ciddi olduğundan xəbər verir.

Vətəninfo.az xəbər verir ki,“Article 3” klubu “Ermənistan Azərbaycana üç yol təklif edir, yeni keçid məntəqələrinin yaradılmasının səbəbi nədir?” mövzusunda təşkil etdiyi müzakirədə “Ani” tədqiqat mərkəzinin koordinatoru Tatul Akopyan  bildirib ki,bu layihə baş nazirin Azərbaycanın hazırda bizim ərazimizdən istifadə edə biləcəyini dediyi məşhur çıxışından dərhal sonra baş verib: “Amma bunun üçün yoxlama məntəqələri və gömrük xidmətləri olmalıdır. Yəni baş nazir tapşırığı  verib və MTN icra edir”.

Tatul Akopyanın fikrincə, 44 günlük müharibə göstərib ki, ermənilərin, regional proseslərdən kənarda qalmasının səbəbkarı elə özləridir. Onun fikirincə  Ermənistan 1-ci Qarabağ müaharibəsində qalib gələndən sonra,ölkə blokadada qalmaqla  bədəl ödəyib: “Biz indi uduzmuşuq. Amma uduzsaq da elə etməliyik ki, yenidən blokadada qalmayaq. Bu mənada Ermənistan ərazisinin bütün qonşu dövlətlər üçün istifadə edilməsi  son dərəcə vacibdir”.

Onun sözlərinə görə, Ermənistan Meğri yolu ilə bağlı özünün qırmızı xətlərini açıqlayıb. Eyni zamanda  1930-cu illərdə tikilmiş və 2000-ci illərdə talan edilmiş dəmir yolunun bərpasına və İrəvan-Culfa-Meğri-Horadiz-Bakı-Mahaçqala xəttinin bərpasına razılıq verib. Siyasi təhlilçi  Tatul Akopyan baş düşür ki, rəsmi Bakı Ermənistanın və ermənilərin “ipinin üstünə odun yığımağın” mənasız olduğunu bildiyi üçün “Zəngəzur dəhliz”inin açılması üçün  ölkəsinə təyziqlərini artırır. Ona görə də çıxışı zamanı bildirib ki, irəvanın irəli sürdüyü yol xərtələri  Azərbaycan üçün kifayət deyil: “Çünki Azərbaycan sıfır nəticəli oyun istəyir və mümkün olan hər şeyi sıxmağa çalışır. Biz isə qeyri-mifizmdən danışanda artıq Ermənistanda aktual görünmür. İndi bütün diqtəni rəsmi qaydada Azərbaycan edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki