image-22backend

Tbilisidə Heydər Əliyevin abidəsi ziyarət olunub

image-reklam_sirab_01

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin abidəsi ziyarət olunub.

Vətəninfo.az xəbər verir ki, ziyarətdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik və hərbi attaşe aparatının əməkdaşları, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov və təşkilatın üzvləri iştirak ediblər.

Ulu öndərin büstü önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki