image-10backend

Təhsil sistemində yenidən kütləvi qapanmalar haqda söhbətlər: Bu reallaşarsa…

image-reklam_sirab_01

image-10

“Şagird və tələbələr arasında yoluxmalar var. Yoluxmanın müşahidə edildiyi məktəblər və siniflər qapanmaya gedəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov cəmiyyətdə orta və ali təhsil müəssisələrinin ənənəvi dərsdən onlayn qaydaya keçməsi ilə bağlı gəzən söhbətlərə aydınlıq gətirərkən deyib. Kamran Əsədovun fikrincə, ümumilkdə nə Azərbaycan, nə də dünya təhsil sistemində kütləvi qapanmaların olması gözlənilmir:

“Belə bir proqnoz gözlənilmir. Nəzərə alsaq ki, üçüncü doza vaksin vurulması prosesi başlayıb, bu məsələdə təhsil sahəsində heç bir problem yoxdur. Ona görə məktəblər və universitetlər açılmalıdır ki, insanlar hardasa yoxlamaya cəlb edilə bilsinlər. Bu da birmənalı şəkildə virusa yoluxan şəxsləri müəyyənləşdirməyə imkan verir. Əgər bu gün məktəblər bağlansa, 2 milyona yaxın insan hər hansı bir yerdə yoxlanılmaya cəlb edilməyəcək və belə olan halda yoluxma sayı arta bilər. Bugünkü yoluxma sayının statistikasının çoxluğuna məktəblərin açılması birmənalı şəkidldə təsir göstərmir”.

image-11

Təhsil eksperti hesab edir ki, qapanma təhsilin keyfiyyətli təşkilinə ciddi şəkildə mane olardı:

“Burada tələbələr daha çox əziyyət çəkəcəklər. Artıq bizim 51 ali təhsil müəssisəmizdə 187 min tələbə yaşayış yerini tərk edərək kirayə mənzillər tutub. Onların yenidən onlayn şəkildə tədris prosesinə qoşulması maddi itkiyə gətirib çıxardacaq. Bu gün monitorinqlərə baxanda görürük ki, onlayn dərs istəyənlərin sayı çoxalıb. Bizim təhsil işçilərində tənbəllik yaranıb. Bundan əlavə bütün tələbələrin kompüteri, telefonu, planşeti, eyni zamanda internetə çıxış imkanları yoxdur. Digər tərəfdən bəzi fənlərin onlayn qaydada tədrisi ciddi problemdir”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki