Müğənni Ofelya Şabanova uşaq olarkən yaşadığı sıxıntılardan danışaraq, efirdə kövrəlib.
Vətəninfo.az xəbər verir ki, “Xəbərin var?” verilişində qonaq olan sənətçi uşaqlıqda kartof qızarmasına belə həsrət qaldığını xatırlayaraq kövrəlib.
O, ailəsinin kasıb olduğu üçün anasına qonşular və qohumlar tərəfindən pis münasibətin olduğunu bildirib:
“Biz çox kasıb ailə olmuşuq. Mən kartof qızartmasına həsrət idim, düşünürdüm ki, görəsən, bizim evdə nə vaxtsa, kartof qızaracaq? Qardaşımızı həyətdəki armud və çörəklə böyütmüşük. Müharibə iştirakçısıdır. Anam xərçəng xəstəsi idi. Məni 12 yaşımda toya aparmağa gəlirdilər, ayağıma geyinməyə ayaqqabım yox idi.
Mənim həyat yoldaşım mənə həm ana, həm ata, həm ər oldu. Məni oxutdu, arxamda dayandı. Mən telefonumda ərimin adını “Anam” yazmışam”.