image-o_1g7uatnru1n8n1qr7va14k938a1obackend

Təmiz şəhər üçün “HƏRƏKƏTDƏ OL” devizi ilə veloyürüş baş tutub

image-reklam_sirab_01

14 iyul tarixində Dənizkənarı Milli Park ərazisində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə “Təmiz şəhər üçün “HƏRƏKƏTDƏ OL” adlı veloyürüş baş tutub. Yürüşdə ictimai fəallar, tanınmış şəxslər və 100-dən çox həvəskar velosipedçi iştirak edib.

Yürüş iştirakçıları Dənizkənarı Milli Park boyunca 5 kilometrlik məsafə qət ediblər. Yürüş şəhər sakinlərinin böyük marağına səbəb olub.

Qeyd edək ki, layihənin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi, onların asudə vaxtlarının səmərəli təşkili, ətraf mühitin mühafizəsi, ekoloji mədəniyyətin təbliği və formalaşdırılmasıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki