image-1664637323_3157791backend

Tennisçimiz beynəlxalq turnirin qalibi oldu

image-reklam_sirab_01

Bakı Tennis Akademiyasında ənənəvi ITF Payız Kuboku turnirinin növbəti – 5-ci mərhələsi sona çatıb.

Sportline.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ukrayna, İsrail, Gürcüstan, İran, Özbəkistan və digər ölkələrdən 81 idmançı bacarığını göstərib.

18 yaş kateqoriyasında mübarizədə dəfələrlə yerli və beynəlxalq turnirlərin qalibi Kənan Qasımov bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Kənan həlledici görüşdə rusiyalı Artur Ayuxanovla mübarizə aparıb. Tennisçimiz ilk setdə 6:4, 2-ci hissədə 7:5 hesabı ilə qalib gələrək çempion olub.

İdmançımız qələbə təəssüratlarını bölüşüb: “Qalib olduğum üçün çox xoşbəxtəm. Bu, ardıcıl 2-ci qələbəmdir. Çəkilən zəhmətin əvəzini görmək sevindiricidir”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki