image-e604713f-c247-3935-9907-3706083ee6d9_850backend

“The Times”: Ukrayna dünya çempionatına ev sahibliyi etmək üçün namizəd olacaq

image-reklam_sirab_01

Ukrayna İspaniya və Portuqaliya ilə birgə 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün müraciət edəcək.

Bu barədə “The Times” nəşri yazıb.

Qeyd olunub ki, bu qərarı İspaniya və Portuqaliya hökumətləri və Ukrayna prezidenti Volodimir Zelenski verib. Birgə müraciət oktyabrın 5-də elan olunacaq.

Qrup mərhələsinin oyunlarına ukraynalılar ev sahibliyi edəcək, ancaq turnirin təşkili üçün lazım olan infrastruktur bərpa olunsa.

“The Times” bu müraciətin dünya çempionatının ev sahiblərinin seçilməsində qalib gəlmə şansını yüksək qiymətləndirir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Yunanıstan, Uruqvay, Argentina, Paraqvay, Çili, eləcə də Mərakeş dünya çempionatına ev sahibliyi etmək üçün iddialıdırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki