image-o_1hdqvdkle15tv18lfo0jnbl1n8mkbackend

TİMBİR sədri Bakıda təşkil olunan seminara qatılıb

image-reklam_sirab_01

Türkiyə İnternet Media Birliyinin (TİMBİR) sədri doktor Süleyman Basa Bakıda keçirilən seminarda iştirak edib.

“Davam” Gənclər Hərəkatı ilə “Yeni Çağ” Media Qrupunun birgə təşkil etdiyi “44 günlük Vətən müharibəsi sonrası Azərbaycan və Türkiyə arasında media əlaqələri” seminarına TİMBİR sədri doktor Süleyman Basa ilə Niğde Şəhər Türk Televiziyası, Niğde Qəzetçilər və Yazarlar Cəmiyyətinin sədri Şərifə Türkeş də qatılıb.

Seminarı giriş sözü ilə açan “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər bütün sahələr üzrə genişlənməkdə olan Azərbaycan-Türkiyə əlaqələri çərçivəsində media və ictimai sektorun xüsusi yer tutduğunu, bu istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlik addımlar atıldığını vurğulayıb.

Daha sonra söz verilən TİMBİR sədri Süleyman Basa bildirib ki, Qarabağ zəfərində qələbəyə sadəcə döyüş meydanında deyil, eyni zamanda media müstəvisində, “informasiya savaşı”nda Türkiyə tərəfdən Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Fəxrəddin Altun, Azərbaycan tərəfdən isə Prezidentin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi altında birlikdə həyata keçirdiyimiz genişmiqyaslı, ardıcıl fəaliyyətimiz sayəsində nail olduq.

TİMBİR sədri əlavə edib ki, mövcud imkanlar çərçivəsində Azərbaycan və Türkiyə mediası arasında əməkdaşlığın gücləndirilməsi üçün gərəkən addımlar atılır və bundan sonra da atılacaq. O, media sahəsində işbirliyinin əhəmiyyətini dəyərləndirərək, “Media bir olarsa, xalqlar da bir olacaq”, – deyib.

Seminarda çıxış edən Şərifə Türkeş də iki qardaş ölkənin mediası və ictimai sektoru arasında əlaqələrin genişləndirilməsinə yönəlik məqsədyönlü fəaliyyəti yüksək qiymətləndirib və əməkdaşlıq potensialından maksimum səmərəli istifadə olunmasının zəruriliyini önə çəkib.

Daha sonra doktor Süleyman Basa və Şərifə Türkeş seminar iştirakçılarının çoxsaylı suallarını cavablanıdırıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki