image-1backend

Tolerantlıq məkanı Azərbaycan  

image-reklam_sirab_01

Tolerantlıq Azərbaycan cəmiyyətinə də əsrlər boyu xas olan böyük sərvətdir. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var” sözləri bu baxımdan xalqımızın ən yaxşı xarakteristikasıdır. Azərbaycan müxtəlif xalqların və dinlərin nadir məkanı, nadir birliyidir. Bu birliyin tarixində etnik və ya dini zəmində toqquşmalar və diskriminasiyalar olmayıb. Bu gün ölkəmizdə yaşayan xalqlar öz milli mədəniyyətlərini, dillərini inkişaf etdirmək imkanlarına malikdirlər. Ölkəmizdə məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da fəaliyyət göstərir.

Bütün bunların bünövrsində isə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ölkəmizdəki toletantlıq siyasətidir. 1997-ci il iyulun 23-də islam dininin banisi Həzrəti Məhəmməd Əleyhissəlamın müqəddəs mövlud günündə Bakının Bibiheybət qəsəbəsində Bibiheybət məscidinin bərpasına başlanması mərasimində çıxışı zamanı Ulu Öndər Heydər Əliyev demişdir:  “Azərbaycanın müstəqil yaşaması, Azərbaycanın milli azadlığı, xalqımızın öz taleyinin sahibi olması, özünün milli-mənəvi, dini dəyərlərinə sahib olması tarixi bir hadisədir.” Ulu Öndərin tapşırıqlarına əsasən 1998-ci ildə Bibiyeybətdə yeni binanın bərpa edilməsi işi başlandı və 1999-cu ilin may ayında yeni məscidin təntənəli açılış mərasimi keçirildi. Daha sonra isə Ulu Öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu müqəddəs ziyarətgahın rekonstruksiyası edildi və 2008-ci il iyul ayının 14-də ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi oldu.

Ölkədəki müdəsəs yerləri, məscid və digər ibadət yerlərini tez-tez ziyarət edən Ulu Öndər Heydər Əliyev 1998-ci il aprelin 8-də Qurban bayramı münasibətilə Mirmövsüm ağanın ziyarətgahında keçirilən görüşdə bildirmişdir ki,  “Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır.” Həmçinin 1998-ci il sentyabrın 30-da Qafqaz Müsəlmanları Qurultayında öz çıxışında demişdir: “Bizim xalqımız həmişə dostluğu, qardaşlığı, mehribanlığı möhkəmləndirməyə cəhd göstərmiş, insanların dini mənsubiyyətindən asılı olmayaraq, onların arasında sülh və əmin-amanlıq, mehribanlıq əlaqələrinin olmasına çalışmışdır.”

Cəmiyyətimizdə əsrlər boyu mövcud olan tolerantlıq, müxtəlif xalqların və konfessiyaların nümayəndələrinə hörmətlə yanaşılması, cəmiyyətin multikultural xarakteri Azərbaycanın dövləti siyasətinin prioritet istiqamətləri kimi qəbul edilib. Hər il ölkəmizdə rəsmi  şəkildə qeyd olunan dini bayramlar milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizin birlik və bərabərliyini daha da gücləndirir.

Milli-mənəvi dəyərlərimizin hamisi kimi Ulu Öndərin bu siyasəti, İslam irsinə diqqət və qayğısı hazırda Prezident İlham Əliyev və Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərliyinin qayğısı və Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxtda və bölgələrdə dini ziyarətgahlar, ibadət yerləri təmir-bərpa olunur.

İslam dünyasının ən müqəddəs bayramlarından olan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən, Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində qeyd edilirAzərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı. Qurban bayramı da hər il rəsmi olaraq keçirilir.

Müxtəlif dini konfessiyaların nümayəndələri də müxtəlid dini bayram günlərində vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müəlmanları təbrik edirlər. Bu Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki