image-34f41614-c215-36e4-a247-4e22a6356556_850backend

Torontoda təhlükəli xəstəlik sürətlə yayılır

image-reklam_sirab_01

Kanadanın ən böyük şəhəri olan Torontoda meningokok infeksiyası sürətlə yayılmağa başlayıb.

bu barədə “CTV kanalı” Səhiyyə Nazirliyindəki mənbəyə istinadən məlumat verib.

Qeyd olunub ki, hazırda 20-30 yaşlı üç nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri dünyasını dəyişib. Onların hamısı Kanadadan kənarda xəstəliyə qarşı immunizasiyanın mövcud olmadığı ölkələrdə yoluxublar.

Meningokok xəstəliyi meningokokların yaratdığı kəskin bakterial infeksiyadır. Patogen yaxın təmas zamanı yoluxmuş şəxsdən hava damcıları ilə ötürülür.

Meningokok infeksiyaları ağır hallarda bakteriya menengit və ya sepsisə, ölümlə nəticələnə bilən çox ciddi xəstəliklərə səbəb ola bilər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki