image-7c19807d-26f7-33ab-8abc-3213383c99e5_850backend

Tovuzda vətəndaşların pulunu mənimsəyən və oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

image-reklam_sirab_01

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki bankomatların qarşısında vətəndaşların etibarından sui-istifadə edərək onların bank kartlarındakı pulu ələ keçirən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Asim Həsənov bir neçə vətəndaşın bank kartından pulu mənimsəyərək onlara 4 307 manat miqdarında maddi ziyan vurub. Bundan başqa istintaq zamanı saxlanılan şəxsin 2 fərdi yaşayış evindən oğurluq etməsi də məlum olub.

Saxlanılan şəxsin respublikanın digər şəhər və rayonlarında analoji cinayətlər törətməsi istisna edilimir. Həmin şəxslərin əməllərindən zərər çəkən vətəndaşların Tovuz rayon Polis Şöbəsinə, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, eləcə də yaşadıqları ərazi üzrə polis orqanlarına müraciət etmələri tövsiyə olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki