image-0ca58385-a4f1-4102-9f46-154e1fab8753_850backend

Tunisdə parlament seçkilərinin vaxtı məlum olub

image-reklam_sirab_01

Tunisdə parlament seçkilərinin vaxtı məlum olub.

Tunis Prezidenti Kays Səid elan edib ki, bu il dekabrın 17-də ölkənin Xalq Nümayəndələri Məclisinə (parlament) seçkilər keçiriləcək.

Səid ölkənin bütün siyasi qüvvələrini qarşıdan gələn seçkilərdə sərbəst şəkildə iştirak etməyə çağırıb.

“Heç bir siyasi partiya seçki prosesindən kənarda qalmayacaq”, – Tunis lideri deyib.

O, bəzi partiyaların seçkilərdən kənarlaşdırılması ilə bağlı iddiaları əsassız adlandırıb.

Qeyd edək ki, iyulun 25-də ölkədə keçirilən referenduma əsasən Konstitusiyaya dəyişikliklər edilib. Əsas qanuna edilən dəyişikliklər dövlət başçısına daha böyük səlahiyyətlər verir. O, xüsusilə, silahlı qüvvələrin baş komandanı, eyni zamanda icra hakimiyyətinin başçısı olacaq və baş naziri vəzifəyə təyin və azad edə biləcək. Tunis Prezidenti qanunvericilik təşəbbüsü ilə bağlı üstünlük hüququna malik olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki