image-reklam-veteninfo
image-xxbackend

“Tüpürcək əsaslı testlərlə İİV-in müayinəsi” mövzusunda təlim keçirilib

image-reklam-veteninfo

“Feniks”  Sağlam Həyat Təbliği İctimai Birliyinin şəxsi təşəbbüsü ilə Nəsimi rayonunda “Tüpürcək əsaslı testlərlə İİV-in müayinəsi” mövzusunda maarifləndirici təlim keçirilmişdir.

Tədbiri “Feniks” SHT İctimai Birliyinin rəhbəri Şahin Hüseynov açıq elan edərək iştirakçıları salamlamış və təlimin əsas məqsədləri barədə məlumat vermişdir.

Təlim çərçivəsində İİV (İnsan İmmunçatışmazlığı Virusu), onun yoluxma yolları, profilaktikası və erkən aşkarlanmasının əhəmiyyəti haqqında ətraflı məlumat verilmişdir. İştirakçılara həmçinin tüpürcək əsaslı sürətli testlərin tətbiqi, test prosedurunun aparılması və nəticələrin düzgün qiymətləndirilməsi ilə bağlı praktiki məlumatlar təqdim olunmuşdur.

Təlim zamanı İİV-lə bağlı cəmiyyətdə mövcud olan yanlış təsəvvürlərə də toxunulmuş, erkən müayinənin insanların öz sağlamlıq vəziyyəti barədə vaxtında məlumat əldə etməsinə və zəruri hallarda tibbi xidmətlərə yönləndirilməsinə imkan yaratdığı vurğulanmışdır.

Tədbirin əsas məqsədlərindən biri İİV-in profilaktikası və müayinəsi ilə bağlı maarifləndirməni artırmaq, müasir və daha əlçatan test üsulları barədə məlumatlılığı genişləndirmək və İİV-ə münasibətdə ayrı-seçkilik və stiqmanın azaldılmasına töhfə vermək olmuşdur.

Təlim iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında fikir mübadiləsi ilə davam etmişdir.

“Feniks”SHT  İctimai Birliyi gələcəkdə də İİV-in profilaktikası, erkən müayinə və sağlam həyat tərzi ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsini davam etdirməyi nəzərdə tutur




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki