image-8ef74eb9-0758-4b46-a7ec-36779500126fbackend

Tural Abbaslı hökumətlə “dostca anlaşdı”

image-reklam_sirab_01

Bu gün, sentyabrın 16-da Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş şikayətlər üzrə 1 qərarını elan edib. aihmaz.org saytının verdiyi xəbərə görə, məhkəmə “Tural Feyruz oğlu Abbaslı Azərbaycana qarşı” işi üzrə ərizənin baxılacaq şikayətlərin siyahısından çıxarılmasına qərar verib.

Tural Abbaslı Azərbaycana qarşı işi ərizəçinin inzibati qaydada cəzalandırlması ilə bağlı idi. Ərizəçi 2012-ci ildə daha əvvəlki inzibati tənbeh tədbirinə əməl etmədiyinə görə, inzibati qaydada daha sərt cəzalandırılmışdı – ona 15 sutka həbs cəzası verilmişdi. Ərizəçi barəsindəki məhkəmə prosedurlarının ədalətsizliyindən şikayət edirdi, Konvensiyanın 6-cı maddəsinə söykənərək, iddia edirdi ki, istədiyi vəkilə çatımının təmin edilməməsi, barəsindəki məhkəmə qərarlarının əsaslandırlmaması ilə ədalətli məhkəmə araşdırması hüququna müdaxilə baş verib.

Ərizənin araşdırılması zamanı tərəflər AİHM-ə dostca anlaşma ilə bağlı bəyannamələr təqdim ediblər. Bəyannamələrə əsasən, ərizəçi şikayətlərindən geri çəkilir, hökumət isə 3 ay ərzində ərizəçiyə 4 min avro mənəvi zəzər əvəzi, vəkillərinə isə 500 avro xərc və məsrəf əvəzi ödəyəcək. Məhkəmə həmin bəyannamələri nəzərə alaraq, ərizəni baxılacaq işlərin siyahısından çxıarıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki