image-photo-2021-10-28-21-52-34-1backend

Türkiyə-Azərbaycan əlaqələri

image-reklam_sirab_01

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər bu iki dövlət arasında daima inkişaf edib və edəcək. Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir.  Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün də məqsədyönlü düzgün şəkildə həyata keçirilir. Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşıb. Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir.  Xüsusilə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya son səfəri çərçivəsində ölkələrimiz arasında yeni sazişlərin imzalanması siyasi-iqtisadi, habelə hərbi əlaqələrin daha da güclənməsinə xidmət edəcəyi proqnozlaşdırılır. Qeyd etmək yerinə düşər ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclasının yekununda Bakıda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 14 əməkdaşlıq sənədi imzalandı. Prezident İlham Əliyev əməkdaşlığın müxtəlif istiqamətləri haqqında danışarkən, hərbi sənaye kompleksləri arasında əlaqələrə xüsusi önəm verdiklərini vurğuladı və Türkiyədən yeni hərbi texnika alınacağını bildirdi: “Bu il isə hərbi təlimlərin sayı daha da çox olacaq. Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək və bu gün biz birgə istehsalın təşkili haqqında da danışmışıq”. Mütəxəssislərin fikrincə, hərbi sahəyə dair imzalanmış saziş iki ölkə arasında hərbi əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə çıxaracaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkəsinin Azərbaycanla hərbi əməkdaşlığın daha da gücləndirilməsinə tərəfdar olduğunu acıqladı: “Ordularımızın güclü olması önəmlidir. Bu baxımdan, müdafiə sənayelərimizin gücləndirilməsi vacibdir”.   Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.  Prezident İlham Əliyev Türkiyənin dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkə olduğunu bildirərək, buna görə bir daha təşəkkürünü bildirirdi, bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycanın daim Türkiyənin haqq işini dəstəklədiyini vurğuladı. Dövlət başçısı çıxışında Türkiyənin iştirakı olmadan bölgədə və dünyada heç bir məsələnin öz həllini tapa bilmədiyini önə çəkərək, yaxın tarixin də bunu göstərdiyini dedi: “Biz buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir”. Prezident İlham Əliyev, həmçinin əmin olduğunu bildirdi ki, Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir-birinin yanında olacaq, bir-birinin uğurlarına sevinəcəklər. Qarabağ münaşiqəsinin həll olunmasında qardaş ölkəmiz olan Türkiyənin rolu danılmazdır.Türkiyə prezidenti olan Rəcəb Tayib Ərdoğanın çıxışları və bizə dəstəyi unudulmazdır. Hal-hazırda azad olunmuş torpaqların təmir bərpa işlərində qardaş Türkiyənin rolu yüksəkdir. Azad olunmuş torpaqlarda Türkiyə şirkətləri yorulmadan çalışır və onların səyi nəticəsində  bu bölgələrdə yollar salınır, dəmir yolları çəkilir, tuneller tikilir, infrastruktur layihələr gerçəkləşir. Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək.

Azərbaycan Dövlət İqtisad Universiteti- Fəridə Rəhimova.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki