image-3c976106-332f-49c7-867b-db3b7ef4dd7f_850backend

Türkiyə boğazlardan keçən gəmilərə görə ildə 200 milyon dollar gəlir əldə edəcək

image-reklam_sirab_01

Türkiyənin Bosfor və Çanaqqala boğazlarından ticarət gəmilərinin keçməsinə görə rüsumlardan əldə etdiyi illik gəlir təxminən 200 milyon dollar təşkil edəcək.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu deyib.

Nazirin sözlərinə görə, bu həftə 1983-cü ildən bəri dəyişməz qalan rüsumların məbləğinin artırılması nəzərdə tutulur:

“Biz boğazlar boyunca rüsumların toplanması sistemini yeniləmişik və dünyaya elan etmişik ki, onu hər il iyulun 1-də dəyişəcəyik. Söhbət gəmilərin dayanmadan keçməsi üçün rüsumların ildə 30 milyon dollardan 200 milyon dollara qədər artırılmasından gedir”.

Montrö Konvensiyasının imzalanması zamanı qızıl frankı 0,8 dollara bərabər tutulurdusa, indi onun dəyəri 4,08 dollara qaldırılıb. Konvensiyanın ikinci maddəsinə əsasən, boğazlardan gəmilərin keçməsi üçün rüsumların yığılması tibbi nəzarət, mayak və gəmilərin təxliyəsi xidmətləri üçün həyata keçirilir. Bu halda rüsumların ümumi məbləği ticarət gəmisinin xalis tonajına əsasən müəyyən edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki