image-bayraqbackend

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması realdırmı? Siyasət

image-reklam_sirab_01

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın onunla görüşməsi barədə təkliflər gəlir. Təklif Gürcüstanın baş naziri İrakli Qaribaşvili vasitəsilə çatdırılıb.

Ərdoğan deyib ki, Ermənistan rəhbərliyi “müəyyən addımlar” atarsa, görüş mümkündür.

Veteninfo.az xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin üzvü, Demokratik İslahatlar Partiyasının lideri Asim Mollazadə deyib ki, həm Türkiyə prezidenti, həm də Azərbaycan prezidenti İlham Əliyev bildiriblər ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli birgə bəyanatı tam yerinə yetirilməsi, Zəngəzur dəhlizinin və digər nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycana və Türkiyəyə qarşı revanşist ideya və ərazi iddialarından imtina etmək şərtilə əməkdaşlığa dəvət oluna bilər.

“Əgər Ermənistan sözügedən istiqamətlərdə addımlar atarsa, Yerevanla Ankara və Bakı arasında diplomatik əlaqələr qurula bilər, həmçinin qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq yaradıla bilər ki, bu da regionda sabitliyin və davamlı sülhün təmin olunmasına xidmət edəcək”, – deputat deyib.

Təhlükəsizlik sahəsində ekspert İlham İsmayıl hesab edir ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün sonuncu ilk növbədə, qondarma “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınması üzrə fəaliyyətini dayandırmalıdır. Bundan əlavə, Türkiyə dövlətinə qarşı ərazi iddiaları haqda müddəalar Ermənistan Konstitusiyasından çıxarılmalıdır. Bununla  yanaşı Ermənistan Zəngəzur dəhlizini açmalıdır. Ərdoğanın qeyd etdiyi kimi, bu məsələ təkcə iqtisadi yox, həm də siyasi əhəmiyyətə malikdir. Bundan əlavə, Türkiyə Ermənistanla münasibətlərin normallaşmasını və onunla sərhədlərin açılmasını Azərbaycan ərazilərinin işğaldan azad edilməsilə əlaqələndirib. Azərbaycan bu məsələni həll edib, lakin Yerevanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və Qarabağ separatçılarının dəstəyindən tamamən  imtina etməsi lazımdır.

Lakin İsmayıl Ermənistanda indiki daxili siyasi gərginlik, yüksək dərəcədə revanşist əhval-ruhiyyə şəraitində Paşinyanın bu tədbirlərin yerinə yetirilməsinə razı olacağına şübhə ilə yanaşır. “Ola bilsin ki, Ərdoğanın Paşinyanla formal görüşü olsun, ancaq Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması yaxın perspektivdə real deyil”, – İsmayıl deyib./Turan.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki