image-photo-2021-10-28-21-52-34backend

Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq

image-reklam_sirab_01

Qeyd edək ki,İkinci Qarabağ müharibəsi 27 sentyabr 2021-ci ildə başlamış və 8 noyabr 2021-ci ilə qədər davam etmişdir. Bu vaxt ərzində Türkiyə hər zaman Azərbaycanın yaninda olmuş və hər cəhətdən yardım göstərmişdir. Son hadisələrdə də bunu görmək asandır. Sonrakı dövrlərdə bu dəstək davam etmişdir. Biz bunu Xarici işlər naziri M.Çavuşoğlunun Bakıya səfərlərindən də görə bilərik. Bu səfər zamanı Türkiyəli nazir Azərbaycanın hər zaman dost ölkəyə güvənə biləcəyini bir daha bəyan etmiş, hərbi əməliyyatlar gedişində hər iki tərəfin itkilərindən Paşinyanın məsuliyyət daşıdığını bildirmişdir. Bu əməkdaşlıq istər siyasi, istərsə də diplomatik müstəvidə davam etmişdir. Belə ki, artıq noyabrın 10-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri M.Çavuşoğlu , milli müdafiə naziri H.Akarı və Milli Kəşfiyyat idarəsinin rəisi H.Fidanı Azərbaycana növbəti dəfə səfər etmişdir. Bu səfər zamanı Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, “Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir. Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı”.  Qeyd edək ki, istər müharibə gedişində, istərsə də müharibədən sonrakı günlərdə Türkiyənin rəsmi dairələri ilə yanaşı, türk ictimaiyyəti də Azərbaycan dövlətinə və xalqına dəstək olmuş, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində zəfəri Türkiyə vətəndaşları tərəfindən də böyük sevinclə qarşılanmışdır. Bu böyük zəfərə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları, dəstək mesajları göndərilmişdir.

İkinci Qarabağ müharibəsindən sonra da Azərbaycan-Türkiyə münasibətləri xarici mətbuatda və müxtəlif ictimai dairələrdə də ən çox müzakirə olunan məsələlərdən biri olmuşdur. Ümumiyyətlə, bəzi siyasətçilər hesab edirlər ki, İkinci Qarabağ müharibəsində əldə olunan qələbə həm də Türkiyənin qələbəsidir.

İnanırıq ki, Azərbaycan və Türkiyə birlikdə daha da böyük işlərə imza atacaq və bu əməkdaşlıq əbədiyyən davam edəcək.

Məcidova Gülzar

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki