image-5a42dfd6-492f-3123-b758-5a1bbaad8621_850backend

Türkiyə LNG tədarükü üçün “Deutsche Bank”dan 929 milyon dollar məbləğində kredit götürüb

image-reklam_sirab_01

Türkiyənin neft-qaz şirkəti BOTAŞ “Deutsche Bank”dan mayeləşdirilmiş qazın (LNG) tədarükü üçün 929 milyon dollar məbləğində kredit götürüb. Buna səbəb Türkiyənin Rusiyanın enerji resurslarından asılılığı azaltmaqdır.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, bu maliyyə vəsaiti 10 ölkədə – Əlcəzair, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Qətər, Sinqapur, ABŞ, Fransa və İsveçrədə əvvəlcədən müəyyən edilmiş istehsalçı və treyderlərdən mayeləşdirilmiş təbii qazın alınmasına yönəldiləcək.

Kreditin qaytarılma müddəti isə 3 ildir.

BOTAŞ LNG tədarükü üçün ilk dəfədir ki xarici bankdan kredit götürüb. Bu, Türkiyə şirkətinə tədarükləri şaxələndirməyə imkan yaradacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki