image-reklam-veteninfo
image-b086ca9e-080b-34b8-9bfa-607cc0e979c4_850-3backend

Türkiyə Prezidenti: “Azərbaycanla bağlı hadisələr müsbət istiqamətdə davam edir”

image-reklam-veteninfo

“Azərbaycanla bağlı hadisələr müsbət istiqamətdə davam edir. Bu bizi sevindirir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Rusiya-Ukrayna arasındakı gərginlik diqqətimizdədir. Əlbəttə, dünyadan qopuq siyasi liderlik olmaz. Dünyanı – həm Avropanı, həm də Amerikanı yaxından izləyirik. Həmçinin Liviyada baş verənlər də diqqətimizdədir”, – dövlət başçısı bildirib.

Qeyd edək ki, fevralın 5-də R.T.Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxmuşdu. Türkiyə Prezidentinin ötən gün verdiyi test mənfi çıxıb. O, bu gündən özünütəcriddən çıxıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki