image-e60a8a25-5564-3a26-b9ec-45432a607c01_850-1backend

Türkiyə Ukrayna böhranının həllində Avropadan dəstək gözləyir

image-reklam_sirab_01

Türkiyə Avropa İttifaqından Ukrayna böhranının həlli istiqamətində səylərini dəstəkləməsini gözləyir.

bunu Türkiyənin hakim partiyası (AK Parti) sədrinin müavini və sözçüsü Ömər Çelik bəyan edib.

“Biz hər kəsi, o cümlədən Avropa İttifaqını prezidentimizin Ukrayna probleminin həlli istiqamətində göstərdiyi səyləri dəstəkləməyə dəvət edirik. Aİ məsələləri diplomatiya yolu ilə həll etmək imkanına malikdir, lakin bu məsələdə Türkiyədən xeyli geridədir”-deyə, o bildirib.

Onun sözlərinə görə, Ukraynanın müəyyən bölgələrinin ilhaqı nəticəsində sülh yolu ilə nizamlanma perspektivləri daha da uzaqlaşıb: “Müharibə heç nəyi həll etməyəcək, vəziyyəti daha da gərginləşdirəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki