image-fb712da9-2404-38db-9629-bae885496b9f_850backend

Türkiyə XİN başçısının müavini: “Azərbaycan xalqına səbir diləyirik”

image-reklam_sirab_01

Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran Azərbaycanda başsağlığı verib.

nazir müavini bu barədə tviter hesabında yazıb.

“Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalarda şəhid olan Azərbaycan əsgərlərimizə Allahdan rəhmət, ailələrinə, yaxınlarına və can Azərbaycan xalqına səbir diləyirik.

Başımız sağ olsun.

Daim qardaş Azərbaycanın yanındayıq”, – Yavuz Səlim Kıran sosial şəbəkə hesabında qeyd edib.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki