image-f8a72c82-86e8-453e-9ad2-9215a14a469d_850backend

Türkiyə XİN Kabildəki məsciddə baş verən terror aktını pisləyib

image-reklam_sirab_01

Türkiyə Xarici İşlər Nazirliyi Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən məsciddə törədilən terror aktı ilə bağlı bəyanat yayıb.

Bu barədə Türkiyə XİN-dən məlumat verilib.

Bəyanatda bildirilib ki, Əfqanıstanın paytaxtı Kabil şəhərində məsciddə törədilən terror aktı nəticəsində çoxlu sayda insanın həyatını itirməsi və onlarla insanın yaralanması Türkiyəni dərindən kədərləndirir:

“Biz bu qeyri-insani terror aktını ən kəskin şəkildə pisləyirik. Həyatını itirənlərə Allahdan rəhmət, dost əfqan xalqına başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki