image-15backend

Türkiyədə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunacaq

image-reklam_sirab_01

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva noyabrın 25-də Türkiyənin Ankara və İstanbul şəhərlərinə səfər edəcək.

Bu barədə “Report”a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Q.Paşayeva TÜRKSOY xətti ilə keçiriləcək Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubiley mərasimində iştirak edəcək. Tədbirdə söz ustadı Aşıq Ələsgərin həyat və yaradıcılığından bəhs ediləcək, onun ədəbi irsindən nümunələr səsləndiriləcək.

Q.Paşayeva, həmçinin Türkiyənin tanınmış ədibi Kənan Çarboğa tərəfindən tərcümə edilmiş “Aşıq Ələsgərin seçmə şeirləri” kitabının təqdimat mərasiminə qatılacaq.

Səfər noyabrın 28-də başa çatacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki