Türkiyədə avtomobil və yüngül ticarət maşın satışları 2023-cü ilin 11 ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə 60,8 faiz artaraq 1 milyon 73 min 982 ədədə çatıb və bütün zamanların illik rekordunu qırıb.
Vətəninfo.az xəbər verir ki, daha əvvəl ən yüksək satış 983 min 720 ədədlə 2016-cı ildə edilmişdi.
Bu ilin 11 ayında avtomobil satışı 66,2 faiz artaraq 840 min 925, yüngül ticarət avtomobili satışı isə 43,7 faiz artaraq 233 min 57 ədəd olub.
Xüsusilə noyabr ayına baxıldığında avtomobil və yüngül ticarət maşınları satışları 2022-ci ilin eyni dövrünə görə 39,8 faiz artaraq 115 min 40-a çatıb.
Oktyabrda avtomobil satışları 54,4 artaraq 91 min 424, yüngül ticarət maşını satışları isə 2,3 faiz artaraq 23 min 616 olub.
Ən çox seçilən kuzov tipi SUV avtomobilləri, sonra isə sedan və hetçbek avtomobilləridir.