image-5089f169-b8ed-32f2-82a6-baeb100141b8_850backend

Türkiyədə güclü meşə yanğını olub

image-reklam_sirab_01

Türkiyədə meşə yanğını başlayıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, təbii hadisə Muğla əyalətində qeydə alınıb.

Marmaris rayonunda meşəlik ərazidə, üç fərqli ərazidə eyni zamanda naməlum səbəbdən yanğın başlayıb.

Qeyd edilir ki, yanğının əhatə dairəsi küləyin təsiri ilə sürətlə artır. Hazırda aidiyyəti qurumlar yanğını nəzarət altına almağa çalışır.

Yanğının söndürülməsinə Muğla Meşə Region İdarəsinin tabeliyindəki helikopterlər, inşaat texnikası və çoxlu sayda meşə təsərrüfatı işçisi cəlb olunub.

Bildirilir ki, bir çox könüllülər yanğınsöndürənlərə dəstək verirlər. Təhlükəsizlik tədbirləri çərçivəsində yanğın yerinə məmurlardan başqa heç kim buraxılmır. Məlumata görə, bölgəyə gedən bütün yollar bağlanıb.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi, daxili işlər naziri Süleyman Soylu bölgəyə gedib. Kənd təsərrüfatı və meşəçilik naziri qeyd edib ki, yanğın yerli vaxtla saat 20:02-də başlayıb. Saat 20:10-da əraziyə şəxsi heyət və xeyli sayda texnilka cəlb olunub və yanğının söndürülməsinə başlanılıb. “Hazırda yanğının söndürülməsinə 576 nəfər şəxsi heyət cəlb olunub. Bütün aidiyyəti qurumlar yanğının söndürülməsinə cəlb olunub”, – Vahid Kirişçi qeyd edib.

Burdur, Aydın, Dənizli və Antalya vilayətlərinin mütəxəssisləri yanğının baş verdiyi bölgəyə cəlb olunub.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki