image-7e460338-5fba-30ed-9f97-acd198e1bdcb_850backend

Türkiyədə meşə yanğını nəticəsində 19 nəfər xəsarət alıb

image-reklam_sirab_01

Türkiyənin Muğla əyalətinin Datça rayonunda meşə yanğını nəticəsində 19 nəfər xəsarət alıb.

Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter səhifəsində bildirib.

Nazir təəssüflə Muğlanın Datça rayonunda meşə yanğınlarının davam etdiyini bildirib.

Onun sözlərinə görə, indiyədək yanğından 19 nəfər xəsarət alıb və 9 nəfərin müalicəsi isə davam edir: “9 nəfər hospitaldan evə buraxılıb, bir nəfər isə müalicəyə ehtiyacının olmadığını bildirib. 84 tibbi işçisi, 18 təcili tibbi yardım maşını, bir mobil avtomobil yanğın baş verən ərazidə fəaliyyət göstərir”.

Məlumata görə, hadisə yerinə 5 təyyarə və 12 helikopter cəlb olunub.

Bildirilib ki, Türkiyənin müxtəlif əyalətlərindən 1500-ə yaxın insan, 130 könüllü, 179 su çiləyici, 21 yanğınsöndürən maşın, 29 yük avtomobili vasitəsilə yanğının söndürülməsi işləri davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki