image-7dc83159-07b8-3026-89d2-415a68341e34_850backend

Türkiyədə mikroavtobus qəzaya uğrayıb, 17 nəfər xəsarət alıb

image-reklam_sirab_01

Türkiyədə ağır yol qəzası olub.

Məlumata görə, hadisə Ordu əyalətində qeydə alınıb. Ulubey rayonunda mikroavtobusla minik avtomobili toqquşub. Qəza zamanı 17 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər cəlb edilib.

Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki