image-img-20241004-wa0245backend

Türkiyəli jurnalistlər Bakıda: Fəxri Xiyaban və Şəhidlər Xiyabanı ziyarət olundu – FOTOLAR

image-reklam_sirab_01

Oktyabrın 5-də Türkiyə və Azərbaycan jurnalistləri arasında qardaşlıq matçı baş tutacaq. 

Vətəninfo.az xəbər verir ki, Azərbaycanın və Türkiyənin tanınmış jurnalistləri arasında 8 noyabr Zəfər Günü münasibətilə futbol üzrə “Qardaşlıq matçı” adlanan yoldaşlıq görüşü keçiriləcək. Bu futbol matçı ilə əlaqədar dünən Türkiyənin tanınmış jurnalistləri Azərbaycana gəlib. Türkiyəli jurnalistləri Heydər Əliyev Beynəlxalq Hava Limanında azərbaycanlı həmkarları qarşılayıb. Türkiyə mediasından Azərbaycana TRT televiziyasının əməkdaşları Halil Kılıç, Furkan Karataş , Malik Ezber , Ahmet Yüksel  və Anadolu Agentliyinin əməkdaşları Muammer Özkan,Ceyhun Altundağ  və Uğur Demir gəliblər.

image-img_20241005_000840

Qarşılanma mərasimindən sonra Türkiyə və Azərbaycanın media nümayəndələri Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra Şəhidlər Xiyabanı və Türk şəhidliyi ziyarət olunub.

Jurnalistlər daha sonra Türkiyə Səfirliyinin Din müşavirinin qonağı olublar.

image-img-20241004-wa0309image-img-20241004-wa0305image-img-20241004-wa0301

Bu görüşdən sonra Türkiyə mediasının nümayəndələrinin şərəfinə Biz – bize restoranlar şəbəkəsində ziyafət təşkil edilib.

image-img-20241004-wa0313

Xatırladaq ki, Türkiyənin tanınmış jurnalistləri Azərbaycanda 3 gün qonaq olacaqlar.

Qeyd edək ki, iki qardaş ölkənin media nümayəndələrinin görüşü oktyabrın 5-də Binəqədi rayonu, 7-ci mikrorayon, Süleyman Sani Axundov küçəsi 27 B ünvanında, “Azfar Group”un stadionunda keçiriləcək.

image-1

Qeyd edək ki, tədbirin sponsorları  Smart Hotels Group şirkəti, Safran Hotel ,Skal International BakuTuran restoranı və Biz- Bize restoranlar şəbəkəsidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki