image-60backend

Türkiyəli professor: “Ermənistan törətdiyi cinayətlərə görə beynəlxalq tribunalda cavab verməlidir”

image-reklam_sirab_01

“Vətən müharibəsi dövründə Azərbaycan xalqı burada hansı acıları yaşadısa, biz Türkiyədə eyni hissləri keçirdik”.

Veteninfo.az xəbər verir ki, bunu Altınbaş Universitetinin rektoru, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Çağrı Erhan ADA Universitetində “44 günlük Zəfər Yolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyənin bütün ərazilərində iki ölkənin bayrağı yanaşı dalğalanırdı: “Sizin qazandığınız qələbə türk millətinin qəlbən qeyd etdiyi zəfər oldu. Yüksək bacarıqlı silahlar, hərbi qüvvələr ola-ola Azərbaycan Ordusunun cəsarəti olmasa, bu qələbə qazanıla bilməzdi. Müharibəni qazanmaq üçün ürək lazım idi. Azərbaycan vətəndaşları da bu əzmi göstərərək canları bahasına buna nail oldular. Onların ruhu qarşısında baş əyirəm. Bu müharibə zamanı və sonra mükəmməl ictimai diplomatiyanın şahidi olduq. Prezident İlham Əliyevin beynəlxalq mətbuata verdiyi müsahibə mühüm əhəmiyyətə malik idi. Müharibədən sonra işğaldan azad edilən ərazilərin görüntülərinin nümayişi ilə orada törədilən vəhşiliyi gördük. Erməni lobbisindən tək Azərbaycan yox, eləcə də Türkiyə hökuməti əziyyət çəkib. Baxmayaraq ki, əlimizdə fakt var, haqlı olduğumuzu bilsək də, sübut edə bilməmişik”.

Rektor bildirib ki, Ermənistan 30 il ərzində işğal etdikləri əraziləri tamamilə dağıdıb: “İki dəfə Qarabağa səfər etmişəm və gözlərimlə oradakı vəziyyəti gördüm. Həyatımda heç vaxt belə mənzərə ilə rastlaşmamışdım. Bu, beynəlxalq hüququn pozulmasıdır. Bax bu məsələlər üzərində işləməliyik. Cavabdeh şəxslər mütləq şəkildə beynəlxalq tribunal qarşısında cavan verməlidirlər. Çünki baş verənlər hərbi cinayətdir. Qarabağ artıq Azərbaycanın tərkib hissəsidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki