image-1668423997_arzuman-muradli-11-2backend

Türkiyəni zəiflətməyə, onun nüfuzuna zərbə vurmağa çalışırlar

image-reklam_sirab_01
“Ötən gün Türkiyənin İstanbul şəhərində həyata keçirilən terror aktı qardaş ölkəni sarsıltmağa, ölkədə seçki öncəsi siyasi və sosial gərginlik yaratmağa xidmət edir”.

Vətəninfo.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, qardaş Türkiyənin getdikcə güclənməsi, təkcə regional deyil, eyni zamanda qlobal miqyasda güc amilinə çevrilməsi Türkiyəni istəməyən xarici gücləri ciddi şəkildə narahat edir: “Hansı ki, İstanbulda terror aksiyasını həyata keçirən PKK terror təşkilatını da maliyyələşdirən, ona dəstək verən məhz həmin beynəlxalq güclərdir. Ona görə də onlar terror təşkilatlarının əli ilə Türkiyəni zəiflətməyə, onun nüfuzuna zərbə vurmağa çalışırlar”.

Arzuman Muradlı əmin olduğunu bildirib ki, Türkiyə əleyhidarlarının bu dəfəki planları da qətiyyən baş tutmayacaq və hər zaman olduğu kimi bu dəfə də qəhrəman Türk xalqı əl-ələ verərək xain güclərin məkirli planlarını pozacaqlar.

İctimai Birlik sədri onu da vurğulayıb ki, güclənməkdə və beynəlxalq aləmdə real gücə çevrilməkdə olan Türk Dövlətləri Təşkilatı faktoru da bu terror da nəzər alınmalıdır: “Nəzərə alsaq ki, Türk Dövlətləri Təşkilatında əsas lokomotiv rolunu Türkiyə oynayır, bu mənada terror aksiyaları ilə Türkiyəni zəiflətməklə türk dünyasının birlik və bərabərliyi, Türk Dövlətləri Təşkilatının daha da irəli getməsinə mane olmaq istəyirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki