image-16043972623424159449_1200x630backend

Türkiyənin ABŞ-dakı səfiri Azərbaycanın dini icma nümayəndələri ilə görüşüb

image-reklam_sirab_01

Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcan ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun rəhbərlik etdiyi, habelə respublikamızın müxtəlif dini icmalarının nümayəndələrindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Türkiyənin Vaşinqtondakı səfirliyi məlumat yayıb.

Görüşdə Türkiyə-Azərbaycan dostluğu və müxtəlif dinlərə hörmətlə yanaşı yaşayan iki ölkənin qardaş xalqlarının mədəniyyətləri müzakirə olunub.

Qeyd edilir ki, Azərbaycanın nümayəndə heyəti Amerika Diyanət Mərkəzində də olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki