image-0bf2b9fa-54e5-3761-b0c9-2c42c6dc3a1c_850backend

Türkiyənin Azərbaycan əsilli keçmiş dövlət xadimi, ədibi və jurnalisti xəstəxanaya yerləşdirilib

image-reklam_sirab_01

Türkiyənin Azərbaycan əsilli keçmiş dövlət xadimi, ədəbiyyatçısı – nüfuzlu şair və yazıçı, tanınmış jurnalist Yavuz Bülənt Bakilər xəstəxanaya yerləşdirilib.

Məlumata görə, səhhətində problem yaranan 86 yaşlı ədib Okmeydanı Memorial Xəstəxanasında müalicə alır.

Bir zamanlar Nazirlər Kabinetində müşavir vəzifəsini icra etmiş Bakiler həm də jurnalist kimi tanınır.

Yavuz Bülənt Bakilər 23 aprel 1936-cı ildə Sivasda anadan olsa da, əslən azərbaycanlıdır. Onun babaları Qarabağdan Sivasa köçüblər.

Yavuz Bülənt Bakilər orta təhsilini Sivas, Qaziantep və Malatyada alıb. 1960-cı ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra qısa müddət “Yeni İstanbul” qəzetində çalışıb.

Yavuz Bülənt Bakilər TRT-nin Ankara radiosunda müxbir vəzifəsində çalışıb, müxtəlif mədəniyyət proqramları hazırlayıb təqdim edib. 1969-75-ci illərdə Sivasda vəkil işləyib. Sivasda sədri olduğu Ədalət Partiyasının yerli təşkilatı tərəfindən bələdiyyə sədrliyinə və deputatlığa namizədliyi irəli sürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki