image-16647842656329450298_1000x669backend

Türkiyənin Bilkent Universiteti Azərbaycanda bu universitetlə əməkdaşlıq edəcək

image-reklam_sirab_01

Türkiyənin Bilkent Universitetinin rektoru professor Kürşat Aydoğan və həmin universitetin prorektoru professor Ezhan Karaşan Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.

Əvvəlcə qonaqlar və AzMİU-nun rəhbərliyi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Veteninfo.az xəbər verir ki, AzMİU-da iki universitet arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və Bilkənd Universitetinin rektoru professor Kürşat Aydoğan imzalayıblar.

Müqavilədə hər iki universitetin akademik heyət, tələbə və tədqiqat qrupları arasında əməkdaşlıq niyyətinin olduğu qeyd edilib. Bundan əlavə, universitetlər qarşılıqlı maraq çərçivəsində bir sıra prinsip üzrə razılığa gəliblər:

– Təhsil sahəsində birgə proqramların tədqiqi və inkişafı;

– Beynəlxalq, regional və milli layihələrdə birgə iştirak;

– Tələbə, müəllim və akademik heyətin mübadiləsi;

– Əvvəlcədən razılaşdırılmış mövzular üzrə birgə elmi konfranslar, seminarlar, simpoziumlar, dəyirmi masaların təşkili;

– Qarşılıqlı maraq doğuran sahələr üzrə birgə tədqiqat layihələrinin təşkili və həyata keçirilməsi;

– Elm və tədris məqsədləri üçün istifadə oluna biləcək tədqiqat və elmi məlumatların mübadiləsi;

– Ali təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün institusional əlaqələrin inkişaf etdirilməsi.

Müqavilə imzalandıqdan sonra qonaqlar AzMİU-nun tədris korpusları və elmi-tədqiqat laboratoriyaları ilə tanış olub, professor-müəllim heyəti, tələbələrlə söhbət ediblər.

Xatırladaq ki, AzMİU-nun dünyanın 100-dən çox nüfuzlu universiteti ilə əməkdaşlıq və 6 ikili diplom proqramı müqaviləsi mövcuddur.

image-308322038_434344195349480_4664333734088081945_n image-309779937_2006549276201942_7628143971295165414_n image-309644990_516020967034598_7282588795522020350_n image-309292678_1179340399285665_4619637480111239000_n image-310107521_576835344235805_1904051520919719386_n image-308722508_5419140974830281_1268748333630942212_n image-308324381_870669550614090_5438744366424732874_n image-308764823_1770405076674285_322202451768332593_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki