image-aide-ceferovabackend

Türkiyənin dəstəyi Qələbəyə olan inamımızı daha da artırmışdır!

image-reklam_sirab_01

“Qarabağ Zəfəri, 44 günlük müharibə” – Bu ifadələr artıq dillərə dastan olub. Bu şanlı zəfər əsrlərlə tarixdə yaşayacaq! Bu qələbənin memarı – Müzəffər Ali Baş Komandan – İlham Əliyevdir.

Bu böyük şəxsiyyət sayəsində biz 30 ildən sonra sevinə bildik, qürur hissləri keçirdik.

Cənab İlham Əliyev – son 200 ildə Azərbaycanın ərazi bütövlüyünü təmin edən yeganə dövlət başçısı, tariximizin qüdrətli Sərkərdəsi !

Bu tarixi qələbə tək Azərbaycanın yox, Türk dünyasının qələbəsidir. Türk dünyası da öz sərkərdəsinə layiqli qiymətini verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk dilli dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə iştirak edərək bildirmişdir ki, dörd gün əvvəl Azərbaycan xalqı olaraq Qarabağın azad olunmasının birinci il dönümünü böyük coşquyla qeyd etdik.

Dövlət başçısı qeyd etmişdir ki, 30 illik işğala son qoyulmaqla nəticədə BMT-nin 1993-cü ildə qəbul etdiyi və kağız üzərində qalan qətnamələrini yerinə yetirdik. Tarixi ədaləti, milli ləyaqətimizi bərpa etdik.

Dövlət başçısı əminliklə bildirmişdir ki, işğalçılıq siyasətinə görə məğlub vəziyyətə düşən Ermənistan bütün ərazi iddiyalarının əslində onun üçün faydalı olmayacağını anlayacaq. Zəngəzur dəhlizi Türk dünyasını bir-birinə bağlayacaq. Zəngəzur koridoru ilə bağlı Naxçıvan Zirvəsində açılış nitqi zamanı qeyd edilmişdir ki, 1920-ci ildə Sovet rəsmiləri Azərbaycanı parçalamış Zəngəzurun bir hissəsini Ermənistana vermiş və bu şəkildə Türk dünyasını bölmüşdülər. Bü gün Türk dünyası coğrafiyasını nəqliyyat və logistika lahiyələri sayəsində təkrar birləşdiririk. Bu coğrafiya artıq parçalanmış halından təkrar birləşdirilmiş halına qayıdır.

Cənab Prezident xüsusi olaraq vurğulamışdır ki, iki illik sədrliyimiz dövründə biz də Azərbaycan olaraq Türk dünyasını, Türk şurasını gücləndirmək üçün əlimizdən gələn hər cür sərfi göstərdik. Türkmənistanın Türk Şurasında muşahidəçi statusla təmsil olunmasını təmin etdik. 2009-cu ildə Naxçıvan razılaşmasını imzaladığımız zaman sadəcə 4 üzv dövlət vardısa bu gün say 7-ə çatıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk dilli Dövlətlərin əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə Türk dünyasının Ali Ordeni ilə təltif olunub və Ali Ordeni Azərbaycan Prezidentinə təqdim edən Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənab Prezident İlham Əliyevə “Hörmətli Prezident, Əziz Qardaşım, Müzəffər Ali Baş komandan, cənab İlham Əliyev. Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən 30 il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə Azərbaycanlı qardaşlarımız üçün deyil, bütün Türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır.” müraciəti “Bir Millət, İki dövlət,” kəlamını əbədi olaraq tarixə yazaraq bu birliyin sarsılmaz olduğunu bir daha sübut etdi.

Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi Türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan ”Xarıbülbül” Türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.

Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda bölgəmizdə davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb.

“Türk Dünyasının Ali Ordeninin sədrliyin Türkiyəyə verildiyi bir gündə mənə verilməsi xüsusilə önəmlidir” – deyən Prezident İlham Əliyev bildirmişdir ki, bu, sədr kimi ötən iki ildə sərf etdiyimiz səylərin də eyni zamanda müvəffəqiyyətlə istənilən nəticələrə gətirib çıxardığını təsdiqləmiş olur. Əziz qardaşımın baxışı sayəsində Türkiyənin qət etmiş olduğu yol, inkişafı hammımız üçün əslində nümunə olacaq bir yoldur. Çünki, biz Türk dünyasının qəlbinin burada atdığını bilirik. Bu da hammımıza əlavə güc, güvən verir !”

 

 

Suraxanı rayonu, M.Bayramov adına

196 nömrəli tam orta məktəbin direktor əvəzi Aidə Cəfərova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki